Qəzzada rabitə və internet bərpa edilib
Qəzza zolağında uzun fasilədən sonra mobil rabitə və internet bərpa edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Onun məlumatına görə, ən azı dörd gün anklavda rabitə olmayıb.
Bir gün əvvəl Fələstinin "Paltel" və "Jawwal" telekommunikasiya şirkətləri Qəzza zolağının mərkəzi və cənub bölgələrində rabitə xidmətlərinin və internet əməliyyatlarının qismən bərpa edildiyini bildiriblər. Şirkətlər qeyd ediblər ki, rabitə xidmətlərinin bərpası "Paltel" və "Jawwal" əməkdaşları tərəfindən təkrarlanan cəhdlərdən sonra və müvafiq beynəlxalq tərəflərin müdaxiləsi ilə baş verib.
Qeyd edək ki, dekabrın 15-də "Jawwal" və "Paltel" davam edən münaqişə səbəbindən anklavda bütün telekommunikasiya xidmətlərini dayandırdıqlarını elan ediblər.
NƏRGİZ