HƏMAS liderləri Türkiyədə gizli toplantı keçiriblər?

 12:29 18.12.2023     192

Fələstinin HƏMAS hərəkatının rəhbərliyi Türkiyədə gizli toplantı keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, toplantı iştirakçıları arasında HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal, hərəkatın Siyasi Büro rəhbərinin müavini Saleh əl-Aruri və təşkilat rəhbərliyinin digər nümayəndələri də olub.

"Kan"ın məlumatına görə, görüşün məqsədi həm Qəzza zolağında, həm də Livan-İsrail sərhədində hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı mövqeləri əlaqələndirmək ola bilər. Bundan əlavə, Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların bərpası perspektivi müzakirə oluna bilər.

Televiziya qeyd edir ki, təhlükəsizlik baxımından toplantıya ev sahibliyi etmək üçün Türkiyə seçilib. Televiziya və radio şirkəti qeyd edir ki, HƏMAS rəhbərliyi bütün məsələləri video rabitə və ya telefonlardan istifadə etmədən şəxsən müzakirə etmək və üçüncü ölkədə İsrail kəşfiyyat xidmətlərinin girə bilməyəcəyi təhlükəsiz, qapalı otaqda görüş keçirmək qərarına gəlib.

NƏRGİZ