İsrail Qəzzada 150-dən çox hədəfə hücum etdi

 12:42 18.12.2023     185

İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı keçirdiyi hərbi əməliyyat zamanı son 24 saat ərzində 150-dən çox hədəfə hücum edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri son sutka ərzində Qəzza zolağında havadan, dənizdən və qurudan 150-dən çox hədəfə zərbələr endirib”,- məlumatda qeyd olunur.

Mətbuat xidməti xəbər verir ki, digər şeylərlə yanaşı, hərbçilər radikalların silah və sursat saxladıqları obyektə zərbələr endirib, minaatan mərmiləri və döyüş sursatları olan anbar aşkarlayıb, bir neçə tunel mina və buraxılış qurğusunu məhv ediblər. Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri anklavın cənubundakı Xan Yunisdə “şübhəli terror hüceyrəsi”nə zərbələr endirib və daha bir hava hücumu nəticəsində orada bir snayper öldürülüb.

NƏRGİZ