İsrail əsgərləri HƏMAS üzvünə məxsus evdən 1,36 milyon dollar tapdı
İsrail ordusu Qəzza zolağında gedən döyüşlər zamanı evlərdən birində 1,36 milyon dollar dəyərində nağd pul olan çamadanlar tapıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, anklavın şimalındakı Cəbəliya şəhərindəki ev Fələstinin radikal HƏMAS hərəkatının iştirakçılarından birinə məxsus olub.
"İsrail Müdafiə Qüvvələrinin bölmələri Cəbəliyada əməliyyat zamanı HƏMAS-ın yüksək rütbəli terrorçularından birinin evində terror fəaliyyəti üçün nəzərdə tutulan 5 milyon şekel (indiki məzənnə ilə 1,36 milyon dollar) dəyərində vəsait aşkar ediblər. Bu vəsaitlər çamadanlarda çoxsaylı silahlarla birlikdə tapılıb”, - məlumatda deyilir.
Qeyd edək ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Fələstin anklavına, Livan və Suriyanın bəzi hissələrinə qarşı qisas almağa başlayıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəsi pozmaqda ittiham edib və Qəzzada hərbi əməliyyatlara qayıtdığını bəyan edib. Fələstin Administrasiyası isə İsrailin yeni təcavüzündə ABŞ-ı günahlandırıb.
NƏRGİZ