Ukraynada qadınlar rəsmən orduya cəlb oluna bilər

 14:29 18.12.2023     167

Ukrayna Ali Radasında səfərbərliklə bağlı yeni qanun layihəsi hazırlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ali Radanın hakim “Xalqın xidmətçisi” partiyasından deputatı, Milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü Mariyana Bezuqla bildirib.

Qanun layihəsində müharibə şəraitində ordunun güclənməsi ilə bağlı bir sıra yeniliklərin olduğunu deyən M. Bezuqla qeyd edib ki, yeni layihə döyüşlərə səfərbərlik yaşının 27-dən 25-ə endirir, eyni zamanda qadınlar üçün də hərbi mükəlləfiyyət müəyyənləşdirir: "Yeni layihədə qadınlar Müdafiə Nazirliyinin müəyyən etdiyi qaydada hərbi qeydiyyata düşürlər, ilkin hərbi hazırlığa cəlb edilir və hərbi əməliyyatlar üçün nəzərdə tutulurlar", - deputat əlavə edib.

O, həmçinin bildirib ki, yeni qanun layihəsində uzun müddətdir döyüşənlər üçün də fasilə müddəti nəzərdə tutulur.(report)