Latviya 1000 Rusiya vətəndaşını ölkədən çıxarır

 14:49 18.12.2023     252

Latviya yaşayış icazəsi üçün müraciət etməyən və ya Latviya imtahanından keçməyən 1000-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya vətəndaşlarına getmək üçün 30 gün vaxt veriləcək, müstəsna hallarda bu müddət 1 ilə qədər uzadıla bilər.

Latviyada keçən ildən Rusiya vətəndaşlarına daimi yaşamaq icazəsi yalnız dil imtahanından keçdikləri halda verilməsi qərarı var. Bundan başqa, müvəqqəti icazəsi olanlar üçün müddətin uzadılmaması qərarlaşdırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən