"Yumurtanın qiymətini sabitləşdirmək səyləri uğurlu alınıb"

 15:24 18.12.2023     216

Dmitri Peskov jurnalistlərlə söhbətində deyib ki, hökumət və Kənd Təsərrüfatı Nazirliyi yumurtanın qiymətinin aşağı salınması üzərində fəal işləyir.

Redaktor.az "vesti.ru"ya istinadən xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi qeyd edib ki, Vladimir Putinlə “Birbaşa xəttin sürətləndirici effekti” də vəziyyətin sabitləşməsində rol oynayıb.

Bununla belə, Peskov hesab edir ki, hökumət və Kənd Təsərrüfatı Nazirliyi kifayət qədər enerjili işləyirdilər, lakin böhran göz qabağında idi.

NƏRGİZ