İsrail büdcə xərclərini artırır
İsrailin Baş naziri Benyamin Netanyahu dövlət büdcəsinin müdafiəyə ayrılan xərclərini ildə 20 milyard şekel (təxminən 5,5 milyard dollar) artırmaq zərurətini açıqlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, hökumət başçısının bəyanatları onun aparatı tərəfindən yayılıb.
İsrail Mərkəzi Bankının rəhbəri Əmir Yaronun səlahiyyətlərinin yenilənməsi mərasimində çıxış edən Baş nazir qeyd edib ki, son illər İsrail hakimiyyəti müdafiə büdcəsini mütləq rəqəmlərlə artırıb, amma faktiki olaraq onu faizlə azaldıb.
"Biz artıq bu siyasəti davam etdirə bilmərik. Bundan sonra biz hər il ən azı 20 milyard şekel artımı ilə yanaşı, müdafiə büdcəsini də mütləq şəkildə əhəmiyyətli dərəcədə artırmağa borcluyuq”, - Netanyahu bildirib.
NƏRGİZ