Putin seçki kampaniyası zamanı məzuniyyətə ÇIXACAQ?
Dekabrın 18-də prezident seçkilərində iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən Rusiya prezidenti Vladimir Putin seçki kampaniyası dövründə məzuniyyətə çıxmayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, o qanunla heç bir şəkildə məzuniyyətə getməyə məcbur deyil, o, prezident kimi öz vəzifələrini yerinə yetirir. Ona görə də belə bir ehtiyac yoxdur”, - Kreml nümayəndəsi bildirib.
Yusif EYVAZLI