Qəzzadan təxliyə edilən rusların son qrupu Moskvaya ÇATDIRILDI

 23:33 18.12.2023     217

Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Qəzza zolağından təxliyə edilmiş Rusiya vətəndaşlarının son qrupunu Moskvaya çatdırıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, İl-76 təyyarəsi paytaxtın Domodedovo hava limanına enib, göyərtəsində 45-i uşaq olmaqla 73 nəfər təxliyə edilib. Uçuş zamanı onları Fövqəladə Hallar Nazirliyinin həkim və psixoloqları müşayiət edib. Bu, evə gətirilən Rusiya vətəndaşlarının sonuncu qrupudur. Bununla da Rusiya vətəndaşlarının Qəzza zolağından çıxarılması əməliyyatı başa çatıb. 

Yusif EYVAZLI