Avropada güclü vulkan püskürməsi

 09:35 19.12.2023     183

İslandiyada Reykjanes yarımadasında güclü vulkan püskürməsi başlayıb. Bundan əvvəl Avropa ölkəsində 4,2 bal gücündə zəlzələ baş verib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə İslandiya Meteorologiya Mərkəzi məlumat yayıb.

Püskürmə dekabrın 18-də yerli vaxtla saat 21:00-da başlayıb və son üç ildə dördüncü olub. Zəlzələnin episentri təxminən 4000 nəfər əhalisi olan İslandiyanın Qrindavik şəhərinin şimalında yerləşib.

Alimlər qeyd ediblər ki, bu püskürmə Reykjanes yarımadasındakı əvvəlkilərdən qat-qat güclüdür. Qaz və lavanın çıxdığı çatın uzunluğu dörd kilometrə çatıb. Mütəxəssislər lava axınlarının Qrindaviki və ya tikilmiş müdafiə strukturlarını məhv edə biləcəyini istisna etmirlər.

Humay İSGƏNDƏRLİ