Hindistanda məcburi maska qaydası geri qayıtdı

 09:56 19.12.2023     206

Hindistanın cənubunda COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar maskaların məcburi taxılması tətbiq edilib.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, tədbir 60 yaşdan yuxarı, ürək və tənəffüs xəstəliklərindən əziyyət çəkən insanlara şamil edilir.

Hindistanın Keralada şəhərində son bir həftədə yoluxmaların sayı üç dəfə artıb və dekabrın 1-dən 17-dək 10 ölüm halı qeydə alınıb.

Hazırda bölgədə gündə 300-dən çox COVID-19 hadisəsi qeydə alınır.

Həmidə İBRAHİMLİ