ABŞ Yaponiyaya qırıcı təyyarələr yerləşdirə bilər
ABŞ ordusu Yaponiyanın Okinava əyalətindəki Kadena hava bazasında 38 ən son təkmilləşdirilmiş F-15EX qırıcılarını daimi olaraq yerləşdirməyi nəzərdən keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Belə ki, ABŞ 2022-ci ildən köhnəlmiş 48 F-15C qırıcısını mərhələli şəkildə çıxarmağa başladığı Kadena aviabazasında döyüş təyyarələrinin daimi yerləşdirilməsi sxeminə qayıtmaq niyyətindədir.