Norveç Rusiya təyyarəsinin enişinə icazə vermədi
Norveç hakimiyyəti Rusiyanın "Nordwind Airlines" şirkətinə məxsus təyyarənin hava limanına enməsini qadağan edib.
Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, təyyarə dekabrın 18-də Moskvadan Kubanın Varadero kurortuna uçub.
Təyinat yerindən qalxdıqdan bir neçə saat sonra sərnişinlərdən birinin halı pisləşib.
Vəziyyətdən çıxış edərək pilot şəxsə təcili tibbi yardım alması üçün təcili eniş etmək qərarına gəlib. Bununla belə, təyyarədə olan sərnişinlərin dediyinə görə, ekipaja Norveçin ən yaxın hava limanına enməyə icazə verilməyib.
Həmidə İBRAHİMLİ