İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində 10 nəfəri saxlayıb

 11:31 19.12.2023     151

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə basqınları zamanı 10 nəfəri saxlayıb və iki israillini öldürən HƏMAS üzvünün evini dağıdıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisinin qüvvələri Huvarda (İordan çayının qərb sahilindəki Fələstin yaşayış məntəqəsi ) hücumu həyata keçirən terrorçunun mənzilini dağıdıb, bu zaman Şai və Aviad Nigerkar öldürülüb”.  

Ordu əlavə edib ki, bütün məhbuslar əlavə araşdırma üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib, reydlər zamanı İsrail tərəfdən itkilər barədə məlumat yoxdur.

NƏRGİZ