ABŞ-ın Ukraynada əsas prioritetləri - Səfir AÇIQLADI
Amerikanın Kiyevdəki səfiri Bridget Brink ABŞ-ın Ukraynadakı əsas prioritetlərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, diplomat onları "X" səhifəsində qeyd edib.
Onun yazdığına görə, Vaşinqton qışda Ukraynanın enerji infrastrukturunun mühafizəsini təmin etməyi və ölkənin limanları və sərhədləri vasitəsilə ixracı maksimum dərəcədə artırmağı vacib hesab edir.
Bundan əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin bildirmişdi ki, Ukraynanı dəstəkləmək İsraili dəstəkləməkdən daha yüksək prioritetdir, çünki Kiyev döyüş meydanında müstəqil şəkildə özünü müdafiə etmək iqtidarında deyil. Onun fikrincə, Ukrayna ümidsizlikdədir və təcili yardıma ehtiyacı var.
NƏRGİZ