Qərbin “yavaş bəli” strategiyası

 13:10 19.12.2023     195

Qərb ölkələri Ukraynanı döyüşü davam etdirmək üçün kifayət qədər silahla təmin edir, lakin münaqişədə qalib gəlmək üçün kifayət qədər güclü deyil.

Redaktor.az xəbər verir ki, bu barədə ekspert Elliot Ackerman “Time” jurnalı üçün yazdığı məqaləsində bildirib.

“Yəqin ki, qəti dəstək verməyi planlaşdırmırdılar. Bizim Amerikanın milli maraqları Ukraynanın maraqları ilə kifayət qədər sıx kəsişmir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynaya qarşı “yavaş bəli” siyasətini həyata keçirmək üçün Rusiyada sabit vəziyyətin olmasında maraqlıdır: "Qərb Ukraynanı döyüşlər üçün kifayət qədər silahla təmin edir, qələbə üçün yox. Bu, ABŞ və NATO tərəfindən yavaş-yavaş təsdiqlənən strategiyadır",- deyə Ackerman izah etdi.

NƏRGİZ