Moskva səmasında Ukrayna PUA-sı vuruldu

 14:22 19.12.2023     178

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatı Moskva vilayəti səmasında vurulub.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

"Dekabrın 19-da, Moskva vaxtı ilə saat 12:35-də Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - məlumatda deyilir.

Müdafiə Nazirliyinin məlumatına görə, növbətçi hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin Odintsovo rayonu ərazisi üzərində pilotsuz uçuş aparatını məhv edib.

Bundan əlavə, dekabrın 19-da səhər saatlarında Bryansk vilayəti üzərində səmada üç pilotsuz təyyarə vurulub. Daha bir pilotsuz təyyarə Kaluqa vilayəti üzərində vurulub.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbassda xüsusi əməliyyatın başladığını elan etməklə 1 ildən artıqdır ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir.

NƏRGİZ