"Aİ Rusiya hərbi-sənaye kompleksinin aktivlərini dondura bilməyəcək"

 14:31 19.12.2023     236

Aİ-nin yeni anti-Rusiya sanksiyaları göstərir ki, Aİ-nin məhdudiyyətlər tətbiq edə biləcəyi sahələr getdikcə azalır.

Redaktor.az "vesti.ru"ya istinadən xəbər verir ki, bu fikirləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

"12-ci paket onu göstərir ki, tutaq ki, sanksiyaların tətbiq oluna biləcəyi ərazilərin resursları artıq tükənmək üzrədir", - Peskov bildirib.

Peskov onu da bildirib ki, Aİ Rusiya hərbi-sənaye kompleksinin aktivlərini dondura bilməyəcək, çünki orada belə aktivlər yoxdur.

Bildirək ki, dekabrın 18-də Avropa İttifaqı Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketini dərc edib. Buraya iqtisadi və şəxsi məhdudiyyətlər, o cümlədən Rusiya almazlarının idxalına qadağa daxildir. Sanksiya siyahısına 147 şəxs və təşkilat daxil edilib.

Dekabrın 19-da sanksiyalar qüvvəyə minib.

NƏRGİZ