İsrail niyə HƏMAS-ın hava hücumlarını dəf edə bilmir?
Fələstinin radikal HƏMAS hərəkatının pilotsuz təyyarələri İsrailin yüksək texnologiyalı hava hücumundan müdafiə sistemləri üçün ciddi təhlükə yaratmaqda davam edir.
Redaktor.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Məlumata görə, HƏMAS-ın hücum günü məlum olub ki, İsrailin hava hücumundan müdafiə sistemləri çoxsaylı kiçik və manevrli hədəfləri ələ keçirməyə qadir deyil və pilotsuz təyyarələrə qarşı dura bilən yeganə sistem Qəzza zolağı ilə sərhəddə yerləşib və hələ istifadəyə verilməyib.
Bu sistem oktyabr ayında sınaqların son mərhələlərindən keçməli idi, lakin hücumdan əvvəl bunu etməyə vaxt olmayıb: indi hava hücumundan müdafiə elementləri İsrailin döyüş maşınlarına, Fələstin anklavı ilə sərhəddə və strateji ərazilərin yaxınlığında yerləşdirilib. Sistem “Sentrycs” şirkəti tərəfindən hazırlanıb və bir neçə kilometr məsafədə dronları aşkar etməyə qadirdir.
Agentlik xəbər verir ki, İsrail könüllüləri Qəzzadan gələn PUA təhlükəsinə qarşı çıxmaq üçün startaplar hazırlamağa başlayıblar. Hazırda sahə sınaqlarında olan yeni xəbərdarlıq sistemlərindən biri hava məkanında dronların olub-olmamasını skan etmək və onların qəfil hücumlarının qarşısını almaq üçün iki mobil telefonun kameraları və audio sistemlərindən istifadə etməkdir. Noyabr ayında İsrail Müdafiə Qüvvələri həmçinin hərəkət edən hədəflərə atəşin dəqiqliyini təkmilləşdirən "SmartShooter" optik nişangahları da alıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaq, qadın və yaşlının girov götürülməsi ilə nəticələnib.
NƏRGİZ