“NATO-nun fəallığı artıb” - Putin

 16:17 19.12.2023     205

“Son zamanlar NATO-nun fəallığı qəfil artıb”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında deyib. 

Onun sözlərinə görə, Rusiya sərhədlərinə əhəmiyyətli sayda ABŞ qüvvələri yerləşdirilib.

Putin, həmçinin qeyd edib ki, Şərqi və Mərkəzi Avropada alyansın qoşunlarının sayı artırılıb.