Zalujnının telefonları niyə dinlənilir?
Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnını bütün müşayiət edənləri dinləyir və ordu komandanlığının işi və şəxsi həyatı ilə bağlı təfərrüatlara malikdir.
Redaktor.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə “Beregini” haker qrupunun nümayəndəsi məlumat verib.
Yayılan videoda qadının üzü qara parça ilə gizlədilib və səsi dəyişdirilib.
Qrupun məlumatına görə, Ukrayna Silahlı Qüvvələri generallarının telefonlarının dinlənilməsi hələ 2020-ci ildə təşkil edilib. Onların hər biri üzrə toplanmış məlumatlar ayrı-ayrı Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən “qovluqlara bölünür”.
"Səsyazmalar fərqlidir, çıxışlar fərqlidir, müxtəlif vaxtlarda və fərqli insanlarla edilir", - deyə Beregini nümayəndəsi bildirib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan bildirmişdi ki, Zalujnının telefonlarının dinlənilməsi daxili siyasi mübarizə səbəbindən təşkil olunub və Rusiya xüsusi xidmət orqanlarının bununla heç bir əlaqəsi yoxdur.
NƏRGİZ