Netanyahunun gedişi ilə Qəzzada müharibə bitəcək - Ərdoğan

 17:53 19.12.2023     250

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunun vəzifəsini tərk etməsindən və İsrail Nazirlər Kabinetində dəyişikliklərdən sonra Qəzza zolağında müharibənin bitəcəyinə əminliyini ifadə edib.

Redaktor.az xəbər verir ki, Ərdoğan Macarıstandan qayıdarkən jurnalistlərə deyib:

"Bizi dinləməyən və ya Netanyahunun vəzifədən gedəcəyini deyəndə haqlı olduğumuza inanmayanlar onun getdiyini görəcəklər. Amma vəzifədən getməsi onu xilas etməyəcək. Biz onu qanuni şəkildə mühakimə edəcəyik ki, etdiyi zülmə görə cavab versin. Ümid edirəm ki, İsrail Nazirlər Kabinetində baş verən dəyişikliklərdən sonra bu qırğın başa çatacaq”.

Ərdoğanın sözlərinə görə, Qəzza zolağındakı qətllərdə əli olan hər kəs məhkəmə qarşısında cavab verəcək.