Estoniya Ukraynaya daha 350 min avro yardım EDƏCƏK
Estoniya Xarici İşlər Nazirliyi Ukraynaya yardım, o cümlədən enerji infrastrukturunun bərpası üçün əlavə 350 min avro ayıracaq.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
50 min avro Ukraynada enerji infrastrukturu obyektlərinin bərpası üçün nəzərdə tutulub. Daha 300 min avro müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə humanitar yardımın göstərilməsi üçün gedəcək.
Yusif EYVAZLI