ABŞ İrana sanksiya siyahısına 4 şəxs və 10 təşkilat əlavə etdi
ABŞ İran və kütləvi qırğın silahlarının yayılmaması sanksiya siyahısına 4 şəxs və 10 təşkilatı əlavə edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin bəyanatında deyilir.
Sənəddə bildirilir ki, siyahıda üç İran və bir İndoneziya vətəndaşı var. Bundan əlavə, siyahıya dörd İran şirkəti, Malayziyada qeydiyyatdan keçmiş dörd təşkilat, həmçinin Honq-Konqda və İndoneziyada qeydiyyatdan keçmiş bir şirkət daxildir.
Sanksiyalar siyahısına daxil edilməsi ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.
Yusif EYVAZLI