Qırğızıstan parlamenti dövlət bayrağına dəyişikliyi təsdiqlədi

 09:11 20.12.2023     245

Qırğızıstan parlamentinin üzvləri respublikanın dövlət bayrağının dizaynının qismən dəyişdirilməsi təklifini dəstəkləyiblər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İkinci və üçüncü oxunuşlarda dövlət bayrağının dizaynının dəyişdirilməsinin lehinə 59 deputat, əleyhinə isə 5 deputat səs verib. Bundan əvvəl qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib.

Humay İSGƏNDƏRLİ