Malayziya İsrail gəmilərinə qadağa qoydu
Malayziya Fələstin-İsrail münaqişəsinin şiddətləndiyi bir vaxtda İsrailin ZIM gəmiçilik şirkətinə liman infrastrukturundan istifadə etməyi qadağan edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Malayziyanın Baş naziri Ənvər İbrahimin sözlərinə görə, bu tədbir İsrailin Fələstin xalqını qətlə yetirməsinə cavabdır.
Bundan başqa, İsrailə gedən istənilən gəmilərə Malayziya limanlarında yük yükləmək qadağandır.
Humay İSGƏNDƏRLİ