Türkiyəyə 110 milyard dollar zərər dəyib

 10:08 20.12.2023     195

2023-cü ilin fevralında baş vermiş zəlzələlərin Türkiyəyə dəymiş ümumi zərəri 110 milyard dollar təşkil edib.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bunu ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

Onun sözlərinə görə, Türkiyə ərazisinin 66%-i seysmik risk zonasında yerləşir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Türkiyə hakimiyyəti daha əvvəl zəlzələlərin vurduğu zərərin 100 milyard dolları ötdüyünü bildirmişdi.

Həmidə İBRAHİMLİ