ABŞ-ın hərbi bazası raket hücumuna məruz qaldı

 10:13 20.12.2023     211

ABŞ-ın İraqın Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazası raket hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı İraq təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bazaya səhər tezdən hücum edilib.

Zərbə nəticəsində dağıntı və tələfat olmayıb. Hələlik heç bir təşkilat hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Həmidə İBRAHİMLİ