HƏMAS Fələstin Azadlıq Təşkilatı ilə danışıqlar aparır
Fələstinin HƏMAS hərəkatı əzəli rəqibi Fələstin Azadlıq Təşkilatı (FAT) ilə münaqişənin sona çatmasından sonra Qəzza zolağının və İordan çayının qərb sahilinin gələcəyini müzakirə edir.
Redaktor.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, son günlər yaraqlılar İordan çayının qərb sahilində hakim Fələstin Azadlıq Hərəkatının liderləri ilə əlaqə saxlayıblar. Danışıqlarda HƏMAS-ı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal təmsil edib. Görüş təşkilatın Mərkəzi Komitəsinin üzvü, İsrail hakimiyyəti ilə təmaslara cavabdeh olan Hüseyn əl-Şeyxin iştirakı ilə baş tutub.
Keçmiş FƏTH gənclərinin lideri Məhəmməd Dahlan və Fələstin Milli Administrasiyasının keçmiş Baş naziri Salam Fayyad da danışıqlarda iştirak edib.
Nəşrin məlumatına görə, bu danışıqlar zamanı HƏMAS liderləri “Fələstin Azadlıq Təşkilatına qoşulmağa və 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlara dəstək verməyə hazır olacaqlarını” bildiriblər. Eyni zamanda, radikallar İsraillə bağlı mövqelərini dəyişməyi planlaşdırmırlar. HƏMAS Siyasi Bürosunun üzvü Husam Badranın qeyd etdiyi kimi, bu cür müzakirələr “beynəlxalq ictimaiyyətlə, xüsusən də sanksiyalar altında olan HƏMAS ilə əməkdaşlıq etmək istəməyən Avropa ölkələri ilə danışıqların aparılmasına kömək edəcək”.
Qəzetin mənbələri qeyd edib ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar davam edən danışıqlardan xəbər tutaraq məsləhətləşmələri dayandırmağı tələb edib. Bununla belə, Badran HƏMAS rəsmiləri arasında fikir ayrılıqlarının olması barədə xəbərləri təkzib edib. HƏMAS rəhbərliyi həm Qəzza daxilində, həm də ondan kənarda müxtəlif məsələlərdə strategiya və siyasi mövqelərlə bağlı eyni fikirdədir. Badranın sözlərinə görə, radikallar atəşkəs yox, İsraillə bütün fələstinli məhbusların qalan israilli girovların dəyişdirilməsi ilə bağlı danışıqlara başlamağa imkan verəcək tammiqyaslı atəşkəs axtarırlar.
NƏRGİZ