"Qəzzada HƏMAS-la atəşkəs bir araya sığmır"

 11:26 20.12.2023     200

Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həlli Fələstinin HƏMAS radikal hərəkatının mövcudluğu ilə bir araya sığmır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu qənaətə Britaniyanın xarici işlər naziri Devid Kemeron gəlib.

"Atəşkəs HƏMAS-ın davam etməsi ilə nəticələnəcək və bu, 7 oktyabr kimi hücumların təkrarlanması riski ilə yekunlaşacaq, ona görə də dərhal atəşkəs ola bilməz və münaqişənin iki dövlətli həlli də ola bilməz. Bu, bir araya sığmır", - Kemeron deyib.

Onun fikrincə, atəşkəs o zaman mümkündür ki, İsrailə təhlükə aradan qalxsın, yəni HƏMAS məhv edildikdən sonra mümkün olacaq.

Kemeron düşünür ki, əvvəlki status-kvoya qayıtmaq mümkün olmadığından iki dövlətli həll üzərində də görüləcək çox iş var.

NƏRGİZ