KTMT-nin Baş katibi İrəvana gedir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov sabah İrəvana gedəcək.
Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər çərçivəsində o, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Təşkilatın mətbuat xidmətinin yaydığı məlumata görə, danışıqlar zamanı KTMT-nin 2023-cü ilin noyabrında Minskdə keçirilən Xarici İşlər Nazirləri Şurasının, KTMT-nin birgə iclası və sessiyasının nəticələri müzakirə ediləcək.