"Avropa təhlükə altındadır, qollarımızı çırmalayaq" - Borrel

 14:53 20.12.2023     202

Rusiya Ukraynada qalib gələrsə və Qəzza zolağında faciə davam edərsə, Avropa İttifaqı “geridönüşü olmayacaq şəkildə zədələnə bilər”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu fikri Aİ diplomatiyasının rəhbəri Cozep Borrel bildirib.

"Avropa təhlükə altındadır. Əgər Rusiya prezidenti Vladimir Putinin Ukraynada qalib gəlməsinə imkan versək, Qəzzada indiki faciənin davam etməsinə icazə versək, Avropa layihəsinə dönməz ziyan dəyə bilər. Gəlin bundan qaçmaq üçün qollarımızı çırmalayaq", - o "X" sosial şəbəkəsində yazıb.

NƏRGİZ