"Putin onu əfv etdiyinə görə peşman deyil"
Rusiya Prezidenti Vladimir Putin YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskini əfv etdiyinə görə peşman deyil.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Sözçü Vladimir Putinin Mixail Xodorkovskini əfv etmək qərarından peşman olub-olmaması ilə bağlı suala cavab olaraq belə deyib: "Mən belə düşünmürəm".
“Sonra cənab Xodorkovskidən müəyyən təminatlar oldu, xahiş oldu və həqiqətən də prezident insani, humanitar mülahizələrə əsaslanaraq belə bir qərar verdi. Təminatlara gəlincə, onların hamısı kağız üzərində qaldı, başqa heç nə. Amma bu, sözügedən şəxsi kifayət qədər səlis şəkildə xarakterizə edir”, – Dmitri Peskov bildirib.
Qeyd edək ki, Xodorkovski 2005-ci ildə dələduzluq, mənimsəmə və vergidən yayınma ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə YuKOS-un keçmiş rəhbəri neft oğurluğu və çirkli pulların yuyulmasında təqsirli bilinib. O, daha 14 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildə Putin onu əfv edib. Daha sonra Xodorkovski Rusiyanı tərk edib.
Ötən ilin mayında Rusiya Ədliyyə Nazirliyi Mixail Xodorkovskini xarici agent funksiyalarını yerinə yetirən şəxslər siyahısına əlavə edib. Ədliyyə Nazirliyinin məlumatına görə, o, Ukraynadan pul alıb. Xodorkovski xarici agent statusu aldıqdan sonra 2022-ci il fevralın 24-dən Ukraynanı işğal altında saxlayan Rusiya dövləti ilə bütün münasibətləri pozduğunu bildirib.