"Müstəqil Fələstin dövlətinin yaradılmasının alternativi yoxdur"
Mərakeş Fələstin probleminin beynəlxalq səviyyədə tanınmış qətnamələr əsasında siyasi həllinə nail olunmasının tərəfdarıdır.
Redaktor.az xəbər verir ki, bunu Mərakeşdə xarici işlər nazirləri səviyyəsində Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasını açarkən Mərakeşin xarici işlər naziri Nasser Bourita deyib.
"Görüşümüz minlərlə insanın qurbanına çevrilmiş Qəzza zolağında təcavüz fonunda keçirilir. Mərakeş kralı VI Məhəmməd mülki əhalinin müdafiəsini təmin etmək üçün atəşkəsin tezliklə dayandırılmasını, gərginliyin azaldılmasını müdafiə edir”, - Bourita qeyd edib.
Onun sözlərinə görə, Rabat beynəlxalq səviyyədə tanınmış qətnamələr əsasında Fələstin probleminin siyasi həllinə nail olmağın tərəfdarıdır.
NƏRGİZ