"Tərcüməçiyə ehtiyacdan danışarkən yalan demir" - Zaxarova Zelenskinin rus dilini "unutması"ndan danışdı

 15:43 20.12.2023     238

"Seçki kampaniyası zamanı Volodimir Zelenski özünü rus dilində danışan biri kimi göstərdi və meydan üçün ikidilliliyi müdafiə etdi, lakin indi o, Ukrayna millətçiləri naminə bunu unudub".

Redaktor.az xəbər verir ki, bunu Sputnik radiosuna açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomatın sözlərinə görə, o, tərcüməçiyə ehtiyacdan danışarkən yalan demir.

“Dil sizə dünyagörüşünü genişləndirməyə, informasiyanı daha tez qəbul etməyə imkan verir.Özünün dediyi kimi, dili unudubsa, xatırlamırsa, başa düşmürsə, fəxr etməyə nə var ki, qürur mənbəyi nədir burada?”

Zaxarova hesab edir ki, bu cür bəyanatlar millətçiliyin əxlaqı, hətta praqmatikanı - heyvani, mağara millətçiliyinin hər şeyi alt-üst etdiyi ictimaiyyət üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bu cür fikirlər onilliklər ərzində ukraynalıların şüuruna aşılanıb. Üstəlik, Zelenskiyə tərcüməçidən əlavə, “çox insan” lazımdır ki, bu, hətta görünüşündən və üz ifadəsindən də aydın görünür.

Qeyd edək ki, ötən gün Türkiyənin "Anadolu" agentliyinin jurnalisti Zelenskiyə Qəzza zolağında baş verənlərlə bağlı rus dilində sual verib.

"Həyat o qədər dəyişdi ki, indi mənə rus dilindən tərcüməçi lazımdır", - Ukrayna lideri cavablandırıb.

NƏRGİZ