"Avropa İttifaqı Kiyevə ABŞ-dan daha çox yardım edib"

 17:15 20.12.2023     251

Avropa İttifaqı (Aİ) ümumilikdə Ukraynaya ABŞ-dan qat-qat çox yardım edib.

Redaktor.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrell deyib.

Borrell qeyd edib ki, Aİ ölkələri ikitərəfli razılaşma və Avropa Sülh Fondu vasitəsilə Ukraynaya 30 milyard avroya yaxın hərbi yardım göndərib:

“Bu yardım sayəsində Ukrayna müqavimət göstərə bildi. ABŞ-ın hərbi yardımı bizimkindən daha əhəmiyyətli idi, lakin hərbi, maliyyə, iqtisadi, humanitar yardımları toplasanız, Avropa Ukraynaya ABŞ-dan qat-qat çox dəstək verdi. Bu məsələdə Aİ-nin birliyi davam edəcəkmi? ABŞ-dan kömək yeni prezident dövründə, hətta onun seçkilərinə qədər davam edəcəkmi? Bu suallara cavab verilməlidir. Biz Avropada buna cavab verməliyik. Məncə, Ukraynanın tərəfində olmalıyıq, daha çox və daha sürətli nələrsə etməliyik, çünki Rusiya Aİ üçün strateji təhlükə yaradır”.