Məhkəmə İranı terrorda ittiham etdi

 17:24 20.12.2023     211

Düsseldorf Ali Məhkəməsi ötən il Almaniyanın Bohum şəhərində sinaqoqa edilən terror hücumunun arxasında İran rəsmilərinin olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın “Şpigel” nəşri məlumat yayıb.

Məhkəmənin açıqlamasından sonra Almaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb.

Düsseldorf Ali Məhkəməsi terror hücumuna görə İran-Almaniya ikili vətəndaşlığı olan 36 yaşlı Babək C. adlı şəxsi 33 ay həbs cəzasına məhkum edib.

Qeyd edək ki, Babək C. 2022-ci ilin noyabr ayında Bohum şəhərində yerləşən yəhidi sinaqoquna yandırıcı maddə ilə hücum etmək istəyib. Sinaqoqun polis tərəfindən mühafizə olunduğunu gördükdə hazır vəziyyətə gətirilmiş yandırıcı maddəni yaxınlıqda yerləşən məktəb binasına atıb.

Almaniya məhkəməsi terrorçunun İran hakimiyyəti ilə əlaqələrini sübut edən faktların aşkarlandığını bildirib.