Ukrayna Aİ-dən daha 150 milyon avro aldı
Avropa İttifaqı (Aİ) dağılmış infrastrukturun bərpası üçün Ukraynaya dönməz şəkildə daha 150 milyon avro köçürüb .
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin press-relizində məlum verilib.
Qrant vəsaitləri “Ukraynanın sürətli bərpasına dəstək” birgə proqramı çərçivəsində toplanır. Əldə edilən vəsait ölkədə nəqliyyat və sosial infrastrukturun, kommunal xidmətlərin və yaşayış binalarının təmirinə sərf olunacaq.
Yusif EYVAZLI