ABŞ-ın İsrailə yardımı azalır
HƏMAS-la münaqişədə ABŞ-ın İsrailə hərbi yardımına ictimai dəstək noyabr ayında 54 faiz təşkil edirdisə, bu rəqəm dekabrda 45 faizə düşüb.
Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.
Noyabrda Respublikaçı və Demokrat seçicilərin müvafiq olaraq 71 və 45 faizi İsrailə hərbi yardımın artırılmasının tərəfdarı olduqlarını bildiriblər. Dekabrda bu rəqəmlər azalıb. Respublikaçı seçicilərin 65 faizi və Demokrat seçicilərin 36 faizi İsrailə hərbi yardımın artırılmasını dəstəklədiyini qeyd ediblər.
Humay İSGƏNDƏRLİ