Trampın praymerizdən kənarlaşdırılması tələb edilir

 10:34 21.12.2023     192

Daha 16 ştat Koloradodan nümunə götürmək qərarına gəlib və ABŞ-ın keçmiş prezidenti Donald Trampın praymerizdən kənarlaşdırılmasını tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The New Tork Times" məlumat yayıb.

Nəşr qeyd edir ki,  hazırda ən azı 16 ştatda Trampın 14-cü düzəlişə əsasən prezident vəzifəsini yerinə yetirmək hüququna malik olmadığı iddiası ilə məhkəmə prosesi davam edir.

Bütün iddialar Trampı 6 yanvar 2021-ci ildə Kapitoliyada baş verən iğtişaşda iştirak etməkdə ittiham edir.

Bundan əvvəl məlum olmuşdu ki, Kolorado Ali Məhkəməsinin üzvləri Trampın praymerizdən kənarlaşdırılması qərarından sonra təhdidlə üzləşiblər.

Həmidə İBRAHİMLİ