Dekabrın 20-si Moskvada ən isti qış günü kimi qeydə alındı
Dekabrın 20-si Moskvada ən isti qış günü olub.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz Telegram kanalında məlumat verib.
Leus bildirib ki, paytaxtın əsas meteoroloji stansiyası olan VDNH-da hava 4,1 dərəcəyə qədər istiləşib. Bu, dekabrın 19-u ilə müqayisədə 0,5 dərəcə yüksəkdir. Ekspertin fikrincə, dekabrın 20-si 2023-cü ildə bu ayın ən isti günü olaraq qalacaq.
NƏRGİZ