İsrail təhlükəsizlik qüvvələri 20 şübhəlini saxladı

 12:15 21.12.2023     266

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı 20 nəfəri saxlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri, Ümumi Təhlükəsizlik Xidməti və Sərhəd Polisi bu gecə Yəhudeya və Samariyada axtarışda olan 20 şəxsi saxlayıb, onlardan 8-nin HƏMAS terror təşkilatı ilə əlaqəsi var", - məlumatda deyilir.

Saxlanılanların hamısı əlavə araşdırmaların aparılması üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib. Mətbuat xidməti əlavə edib ki, İsrail tərəfində bu reydlər zamanı itkilər qeydə alınmayıb.

Ordunun qeyd etdiyi kimi, HƏMAS radikallarının İsrail ərazisinə 7 oktyabr hücumuna cavab olaraq Qəzza zolağında başlayan hərbi əməliyyatlar zamanı İordan çayının qərb sahilində və İordaniya vadisində 2420-yə yaxın axtarışda olan şəxs saxlanılıb. Onlardan təxminən 1210 nəfəri HƏMAS-la əlaqədə şübhəli bilinirlər.

NƏRGİZ