Çin Qırmızı dənizlə bağlı çağırış etdi

 12:43 21.12.2023     178

Çin böyük dövlətləri Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsində daha konstruktiv rol oynamağa çağırıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Çinin Qırmızı dənizdə husi üsyançılarının hücumları ilə mübarizədə fəal iştirak etməli olduğuna dair son bəyanatını şərh edərkən bildirib.

O, bildirib ki, çünki bu hücumlar Pekinə zərər verir. 

"Çin hesab edir ki, bütün tərəflər, xüsusilə də güclü dövlətlər Qırmızı dəniz su yollarının təhlükəsizliyinin təmin edilməsində konstruktiv rol oynamalıdırlar", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Vanq Venbin həmçinin əlavə edib ki, Çin Xalq Respublikası "həmişə beynəlxalq su yollarının təhlükəsizliyini qoruyub saxlamağı və mülki gəmilərə hücumlara qarşı çıxmağı müdafiə edib".

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Dekabrın 15-də Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi ərazidə ticarət gəmiləri ilə bağlı üç insident barədə məlumat verib.

Bunun ardınca bir sıra şirkətlər növbəti xəbərdarlığa qədər Qırmızı dəniz marşrutlarından qaçmaq niyyətlərini açıqlayıblar. Onların arasında Danimarkanın gəmiçilik və logistika korporasiyası "Maersk", Belçikanın "Euronav" gəmiçilik şirkəti, Fransanın "CMA CGM" nəqliyyat qrupu, Almaniyanın konteyner operatoru "Hapag-Lloyd" və Böyük Britaniyanın neft-qaz şirkəti BP var.

NƏRGİZ