Qatardan düşürülən uşaqların xəstəliyi AÇIQLANDI

 13:09 21.12.2023     181

Tümendən Adlerə gedən qatardan endirilən yüzdən çox uşağa A tipli qrip diaqnozu qoyulub.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə danışan tibb elmləri namizədi, immunoloq Nikolay Kryuçkov bildirib ki, bu, insanların hər mövsüm rastlaşdığı ümumi xəstəlikdir.

Bildirək ki, Saratov vilayətində yüzdən çox uşaq ARVI əlamətlərinə görə Tümendən Adlerə gedən qatardan endirilib və xəstəxanaya göndərilib. Sonradan bir xəstə qızı xilas etmək mümkün olmadığı barədə məlumat ortaya çıxıb. Həkimlər uşaqlarda A qripinin aşkar edildiyini bildirib.

Kryuçkovun sözlərinə görə, xəstə uşaqların hansı serotipə sahib olduğunu dəqiqləşdirmək lazımdır. O bildirib ki, A qripi çoxlu sayda serotiplərin toplusudur. Məsələn, ötən mövsüm A qripi virusunun iki serotipi var idi - H1N1 və H3N2.

"Ümumiyyətlə, A qripi və B qripi ən çox yayılmışdır. Birincisi ən aqressiv hesab olunur, çünki o, təkcə mövsümi təzahürlərə deyil, həm də epidemiyaya və hətta pandemiyaya səbəb ola bilər. Bu vəziyyətdə, çox güman ki, mövsümi qripdən danışırıq".

İmmunoloq xüsusilə 3 yaşa qədər uşaqların risk altında olduğunu qeyd edib. Onların ölüm nisbəti daha yüksəkdir, çünki qrip onlar üçün böyüklərdən daha təhlükəlidir. Bundan əlavə, risk qruplarına ağır xroniki xəstəlikləri olan insanlar, yaşlılar və hamilə qadınlar daxildir.

NƏRGİZ