Netanyahunu hədələdilər

 14:30 21.12.2023     187

Hakim koalisiyaya daxil olan ifrat sağçı "Otzma Yehudit" (Yəhudi Gücü) partiyası Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı hərbi əməliyyat dayandırılacağı təqdirdə İsrail hökumətini tərk etmək niyyətindədir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu xəbərdarlığı ölkənin milli təhlükəsizlik naziri postunu tutan İtamar Ben-Qvir edib.

“Həmas məğlub edilmədən və bütün girovlar geri qaytarılana qədər kim İDF-ni dayandırmaq niyyətindədirsə, nəzərə alsınlar ki, "Otzma Yehudit" onların yanında deyil”.

Bu açıqlama İsrail həbsxanalarında saxlanılan fələstinlilərin müqabilində anklavda saxlanılan bəzi girovların azad edilməsi üçün Qəzza zolağında döyüşlərə yeni fasilə verilməsi ilə bağlı İsrail və HƏMAS arasında mümkün danışıqlara dair xəbərlər fonunda verilib. Bu arada, bir gün əvvəl Netanyahu İsrailin HƏMAS-ı tamamilə məhv etməyə çalışaraq müharibəni sona qədər davam etdirəcəyini təkrarlayıb və Qəzza zolağındakı yaraqlıların yalnız iki yolu var: “təslim ol, ya da öl”.

NƏRGİZ