"HƏMAS İsraillə danışıqlar aparmayacaq"

Fələstinin HƏMAS hərəkatı və Qəzza zolağındakı digər qruplaşmalar tam atəşkəs əldə olunana qədər girovların azad edilməsi ilə bağlı İsraillə heç bir danışıqlar aparmayacaq.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında dərc edilən bəyanatında deyilir.
“Milli səviyyədə qərar var ki, İsrailin təcavüzünə tam son qoyulmayana qədər məhbuslar və ya əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar aparılmayacaq”.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
NƏRGİZ