İsveç şirkətləri Süveyş kanalından imtina edir

 15:50 21.12.2023     194

İsveç istehsalçıları nəqliyyat gəmilərinin Yəmən husi qruplaşmasının silahlı hücumu riski ilə üzləşdiyi Süveyş kanalı ərazisindəki vəziyyətə görə ciddi problemlərdən ehtiyat edir.

Redaktor.az xəbər verir ki, bu barədə “Dagens Nyheter” qəzeti yazır.

"Inter Ikea"nın sözçüsü Oskar Lyunqqren bildirib ki, indiki situsiyaya görə Süveyş kanalındakı vəziyyət gecikmələrə səbəb olacaq və gələcəkdə müəyyən IKEA məhsullarının çatdırılmasına təsir göstərə bilər. "Məhsulun çatdırılmanı təmin etmək üçün digər variantları nəzərdən keçiririk”,-deyə o bildirib.

Avtomobil istehsalçısı Volvo Cars artıq Süveyş kanalı vasitəsilə gəmilərin hərəkətinin dayandırılması səbəbindən yarana biləcək problemlərin həlli yollarını araşdırır: "Dünyada illik yüz minlərlə avtomobil istehsal edən qlobal avtomobil istehsalçısı olaraq, əlbəttə ki, Volvo Cars bundan təsirlənəcək. Biz Süveyş kanalındakı mövcud vəziyyətdən xəbərdarıq və restrukturizasiyanın potensial təsirini öyrənirik".

Şirkət sözçüsü Magnus Holst bildirib ki, qısa müddətdə qlobal satış və istehsal vəziyyətin təsirinə məruz qalmayacaq.

Mütəxəssislər vəziyyəti 2021-ci ilin yazında, 400 metrlik konteyner gəmisi Ever Givenin kanaldan keçidinin bir həftə bağlandığı vaxtdan daha ciddi kimi qiymətləndirirlər. 

NƏRGİZ