"ABŞ Fələstin dövlətinin yaradılması mövzusunu boğmağa çalışır"

 16:11 21.12.2023     209

"Vaşinqton Fələstin dövlətinin yaradılması mövzusunu boğmağa çalışır".

 Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Rusiya, Tunis və ümumiyyətlə, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının üzvləri qətnamələrin icrası üçün ardıcıl və israrlı şəkildə şərait yaratmağa çalışırlar. Bizdə belə təəssürat yaranır ki, Fələstin dövlətinin yaradılması maraqlarına uyğun hərəkət etməyə qərbli həmkarlarımız o qədər də hazır deyillər". 

Nazir vurğulayıb ki, Birləşmiş Ştatlar ilk dəfə deyil ki, hətta hazırda Təhlükəsizlik Şurasında müzakirə olunan atəşkəs və humanitar yardımın göstərilməsi ilə bağlı sadə qətnamə belə əngəllənir: "Onlar Fələstin dövlətinin yaradılması mövzusunu Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunmuş prinsiplərdən kənara çıxan prinsiplər əsasında, bir-birinin ardınca konfrans çağırmaq üçün müxtəlif şübhəli təşəbbüslərdə batırmağa çalışırlar”, - Lavrov bildirib.

NƏRGİZ