Qəzzada 36 xəstəxanadan yalnız 9-u qismən fəaliyyət göstərir - ÜST
Qəzza zolağında əvvəlki 36 xəstəxanadan yalnız 9-u qismən fəaliyyət göstərir. Onların hamısı anklavın cənubundadır.
Redaktor.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə bildirib.
"Qəzzada 36 tibb müəssisəsindən yalnız 9-u qismən işləyir. Bütün bunlar cənubdadır. Şimalda işləyən xəstəxana qalmayıb".
Brifinqdə bildirilib ki, Qəzzanın xəstəxanalarında oktyabrın 7-də hərbi əməliyyatlar başlamazdan əvvəl mövcud çarpayıların sayı 38%- olub. Tibb şöbələri 206% doludur. ÜST dekabrın 20-nə kimi Qəzza zolağında səhiyyə infrastrukturuna 246 hücum qeydə alıb, nəticədə 582 nəfər ölüb, 748 nəfər yaralanıb. 36 xəstəxanadan 26-na ziyan dəyib.
NƏRGİZ